- Baxış sayı: 20
- 23 Mart 2026 12:49
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçuların qitə birinciliyinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, millimiz mötəbər yarışda uğurlu çıxış edib.
Nicat Hüseynov 51 kq-da bütün rəqiblərinə qalib gəlib. Ruslan Qədirov (54 kq) yalnız finalda yenilib. Cəlal Qurbanov (63,5 kq) və Nəbi İsgəndərov (67 kq) 3-cü yer tutublar.
Bununla da, komandamız, rekordunu təkrarlayıb. 10 il öncə Rusiyada eyni yarışda 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanılmışdı.