17-ci turun oyun cədvəli bəlli oldu

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatında 17-ci turun oyun cədvəli açıqlanıb. Allsport.az xəbər verir ki, növbəti turun oyunları iki günü əhatə edəcək.

17-ci turun proqramını təqdim edirik:

Əvəzedicilərin çempionatı
17-ci tur
16 dekabr (çərşənbə axşamı)

“Bakı” – AzAL
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, köməkçi meydança, 14:00.

17 dekabr (çərşənbə)

“Sumqayıt” – “Qəbələ”
Sumqayıt. “Kapital Bank Arena”, 13:00

“Xəzər Lənkəran” – “Qarabağ”
“Xəzər Lənkəran” mərkəzi stadionu, köməkçi meydança, 14:00.

“İnter” – “Neftçi”
Bakı. “İnter Arena”, 14:00.

Həmin kateqoriyadan