- Baxış sayı: 38
- 26 Dekabr 2024 18:24
- Baxış sayı: 179
- Dekabr 18, 2024
- 0
Monteneqronun Budva şəhərində gənc boksçular arasında davam edən Avropa çempionatına Azərbaycan millisinin iki üzvü qələbə ilə başlayıb.
Allsport.az xəbər verir ki, təmsilçilərimizdən Tural Sarıyev (48 kq) Denis Belinkini (Ukrayna) sınağa çəkib. Boksçumuz 5:0 hesabı ilə qalib gələrək dörddəbir finala yüksəlib. O, növbəti döyüşündə rusiyalı Nikita Poluxinlə qarşılaşacaq. Görüş oktyabrın 20-də olacaq.
Komandamızın digər üzvü Nicat Hüseynovun da debütü uğurlu alınıb. Belə ki, 51 kiloqram çəki dərəcəsində rinqə çıxan boksçumuz Kamiolo Alessionu (İtaliya) məğlub edib – 5:0. O, oktyabrın 20-də baş tutacaq dörddəbir final çərçivəsində şimali makedoniyalı Şehabi Hadi ilə üz-üzə gələcək.
Bu gün millimizin daha 3 idmançısı yarışa qoşulacaq.