- Baxış sayı: 384
- 06 Noyabr 2024 22:37
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda yeniyetmə boksçular arasında Avropa birinciliyi davam edir.
Allsport.az xəbər verir ki, yarışın dördüncü günündə Azərbaycan millisinin daha 2 idmançısı mərhələ adlayıb.
Aylin Nəzərova (48 kq) 1/4 final çərçivəsində Atina Papanikolopou (Yunanıstan) ilə qarşılaşıb. Döyüş boksçumuzun 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesablı qələbəsi ilə başa çatıb. O, yarımfinalda italiyalı Giorgia La Rosa ilə üz-üzə gələcək.
Əminə Tağı da 1/4 final mərhələsini uğurla başa vurub. 52 kq-da mübarizə aparan milli üzvü Yuliana Tyurnikovaya (Moldova) 5:0 (30:27, 30:25, 30:27, 30:27, 30:26) hesabı ilə qalib gəlib. O, növbəti döyüşündə rumıniyalı Maria Semeniçiuçlə qarşılaşacaq.
Hər iki boksçumuz yarımfinala yüksəlməklə özləri üçün azı bürünc medalı təmin ediblər.