- Baxış sayı: 20
- 23 Mart 2026 12:49
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Türkiyənin Antalya şəhərində gənc boksçuların Avropa birinciliyində 1/4 final başlayıb. Allsport.az saytı xəbər verir ki, mərhələnin ilk günündə Azərbaycan millisinin 3 üzvü rinqə çıxıb. Onlardan ikisi yarımfinala yüksəlməklə, ən azı, bürünc medalı da təmin ediblər.
Bunlar Surət Qarayev (81 kq) və Məhəmməd Abdullayevdir (+91 kq).
Nicat Həsənov 1/4 final səddini keçə bilməyib. 69 kq çəkidə çıxış edən yarışan həmyerlimiz Qabriel Dossenə (İrlandiya) 0:5 hesabı ilə məğlub olub.
Sabah başa çatacaq 1/4 finalda daha 4 boksçumuz mübarizə aparacaq. Yarımfinal döyüşləri oktyabrın 27-də olacaq.