- Baxış sayı: 20
- 23 Mart 2026 12:49
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Türkiyənin Antalya şəhərində gənc boksçuların Avropa birinciliyində finalçıların adına aydınlıq gəlib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin 2 üzvü adını həlledici döyüşə yazdırıb.
Baş məşqçi Vaqif Şirinovun komandasından Amin Kuşkov (75 kq) və Məhəmməd Abdullayev (+91 kq) finala çıxıb.
Yarımfinalda mübarizə aparan digər 2 boksçumuz uduzub. Belədə, Həsən İbrahimov (49 kq) ilə Surət Qarayev (81 kq) bürünc medalla kifayətləniblər. Final görüşləri sabah keçiriləcək.