- Baxış sayı: 6
- 05 Dekabr 2025 23:19
- Baxış sayı: 45
- Dekabr 05, 2025
- 0

Serbiyanın paytaxtı Belqradda dünya çempionatı davam edir. Allsport.az xəbər verir ki, çempionatın beşinci günündə Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.
İlk görüşdə Çarles Petit-Hommu (Haiti) mübarizədən kənarlaşdıran Tayfur Əliyev (60 kq) 1/16 finalda italiyalı Simone Spada ilə üz-üzə gəlib. Boksçumuz bu dueldən də qalib ayrılıb. O, rəqibini 5:0 hesabı ilə məğlub edib. T.Əliyev 1/8 finalda Arslan Xatayevlə (Finlandiya) qarşılaşacaq. Görüş oktyabrın 31-də olacaq.
Onun qardaşı Sərxan Əliyev də dünya çempionatına qələbə ilə başlayıb. Belə ki, 71 kiloqram çəkidə rinqə çıxan boksçu Stefen Nevnsi (Şotlandiya) məğlub edib – 5:0. Səkkizdəbir finalda onun rəqibi yaponiyalı Yuta Akiyama olacaq. Bu görüş də oktyabrın 31-də olacaq.