2-qat dünya çempionumuz 1/8 finala adlayıb

Almaniyanın Hamburq şəhərində kişi boksçuların dünya çempionatı başlayıb. Allsport.az saytı xəbər verir ki, yarışın 2-ci günündə millimzin 1 üzvü rinqə çıxıb.

2-qat dünya çempionu Məhəmmədrəsul Məcidov (+91 kq) 1/16 final mərhələsində Kumar Satişla (Hindistan) üz-üzə gəlib. Qarşılaşma onun qələbəsi ilə yekunlaşıb – 5:0 (30:27, 29:28, 30:26, 30:27, 30:27).

Boksçumuz 1/8 finalda iordaniyalı Hüseyn İşayşlə qarşılaşacaq. Döyüş avqustun 28-də olacaq.

DünənPərviz Bağırovun (69 kq) da ilk rəqibi dəqiqləşib. Birinci mərhələdən azad olan təmsilçimiz 1/8 finalda Tuvşinbat Byamba (Monqolustan) ilə qarşılaşacaq. Onun rəqibi Damian Kivioru (Polşa) yarışdan kənarlaşdırıb – 5:0. O, rəqiblə sabah üz-üzə gələcək.

Həmin kateqoriyadan