- Baxış sayı: 38
- 22 Dekabr 2024 13:44
- Baxış sayı: 164
- Dekabr 18, 2024
- 0
Tələbələr arasında boks üzrə Gürcüstan çempionatı keçirilib. Allsport.az saytı xəbər verir ki, Marneuli bələdiyyəsinin ev sahibliyi etdiyi birincilikdə bu rayonun idman məktəbinin təmsilçiləri uğurla çıxış ediblər.
Röyal Bədəlov (52) və Fazil Sultanov (90 kq) gümüş medal qazanıblar. Marneulidə “Azərbaycan evi”ndə mükafatlandırma olub. Tədbirdə bildirilib ki, fərqlənənlər müxtəlif beynəlxalq turnirlərdə, o cümlədən Avropa və dünya çempionatlarında Gürcüstan adından çıxış etmək hüququna yiyələniblər.
Mərasimdə Gürcüstan boks federasiyasının prezidenti David Tsiklauri, Kvemo Kartli bölgəsinin qubernatoru Giorgi Doxturişvili, Marneulinin meri Kənan Ömərov, Gürcüstan parlamentinin deputatı Zaur Darğallı və digər rəsmi şəxslər iştirak ediblər.