- Baxış sayı: 41
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bakının AzAL klubu ev oyunlarında uğursuz seriyaya son qoyub. Allsport.az xəbər verir ki, Topaz Premyer Liqasının 14-cü turunda “Sumqayıt”ı 3:2 hesabı ilə məğlub edən Tərlan Əhmədovun komandası mövsümdə ilk dəfə doğma meydanda qələbə qazanıb.
AzAL ötən mövsümün ikinci yarısında da ev matçlarında qalib gələ bilməmişdi. Bu isə o deməkdir ki, paytaxt təmsilçisi 2014-cü ildə ilk dəfə qonaqları xalsız qoya bilib. Bakılıların evdəki son qələbəsi 2013-cü il dekabrın 20-də qeydə alınmışdı. 344 gün əvvəl “Neftçi”ni 2:1 hesabı ilə yenən AzAL sonrakı 15 görüşdə qələbəyə həsrət qalmışdı: 8 heç-heçə, 7 məğlubiyyət.
Evdə 15 oyunluq qələbəsizlik Azərbaycan çempionatları tarixində 6-cı nəticədir. “Şəfa” 21, MOİK 20 (2005-06), “Bakı” (2001-03) və “Bakılı” (2007-08) 19, “Simurq” (2010-11) 16 oyunluq seriya ilə daha pis nəticə göstərib.