- Baxış sayı: 41
- 06 Fevral 2026 11:56
- Baxış sayı: 115
- Fevral 06, 2026
- 0

Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyası və Azərbaycan idman jurnalistləri federasiyası idman mediasının səsi olacaq həftəlik radio verilişin, “Media sektoru”nun başlamasına qərar veriblər.
Allsport.az saytı xəbər verir ki, fevralın 2-dən etibarən, hər həftənin çərşənbə axşamı ASAPES GOLD radiosunun “Media sektoru”nda idman jurnalistlərimizin səsi eşidiləcək.
Hər bir verilişin videoyazısı isə ADBTİA-nın Yutub kanalında yerləşdiriləcək.