- Baxış sayı: 37
- 26 Dekabr 2024 18:24
- Baxış sayı: 177
- Dekabr 18, 2024
- 0
Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatında 1/8 final mərhələsinə start verilib.
Allsport.az xəbər verir ki, mərhələnin ilk günündə Azərbaycan millisinin 4 üzvü rinqə çıxıb.
Boksçumuz Alfonso Dominqes (86 kq) AİBA bayrağı altında çıxış edən Tavfiqulla Suleymanidən sonra rumıniyalı Pol Aradoae ilə qüvvəsini sınayıb. Avropa Oyunlarının qalibi bu dəfə də rəqibini 5:0 (29:28, 29:28, 29:28, 29:27, 29:28) hesabı ilə məğlub edib. O, 1/4 finalda rusiyalı Şarabutdin Atayevlə döyüşəcək. Görüş noyabrın 2-də baş tutacaq.
Yonas Yazeviçiusi (Litva) mübarizədən kənarlaşdıran Məhəmməd Abdullayev 1/8 finalda Vladan Babiçlə (Serbiya) üz-üzə gəlib. +92 kq çəki dərəcəsində gücünü yoxlayan təmsilçimiz döyüşü 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə aktivinə yazıb. O, noyabrın 2-də təşkil olunacaq 1/4 finalda hindistanlı Narender münasibətinə aydınlıq gətirəcək.
Sərxan Əliyev (71 kq) startda Stefen Nevnsi (Şotlandiya) məğlub etdikdən sonra bu gün Yuta Akiyama (Yaponiya) ilə qüvvəsini sınayıb. Görüş boksçumuzun qələbəsi ilə yekunlaşıb – 5:0 (29:28, 29:28, 29:28, 30:27, 29:28). O da növbəti döyüşünü noyabrın 2-də keçirəcək.
İlk 2 döyüşündə müvafiq olaraq Çarles Petit-Homm (Haiti) və italiyalı Simone Spada üzərində qələbə qazanan Tayfur Əliyev (60 kq) üçüncü sınağında Arslan Xatayevlə (Finlandiya) ilə qarşılaşıb. Görüş rəqibin qələbəsi ilə yekunlaşdığından idmançımız mundialla vidalaşıb.
Dünya çempionatının 8-ci günündə yığmamızın daha 2 boksçusu 1/8 final görüşünə çıxacaq. Məsud Yusifzadə (51 kq) puerto-rikolu Yankiel Rivera ilə, Mirşərif Kazımzadə (75 kq) özbəkistanlı Səidcəmşid Cəfərovla döyüşəcək.