4 boksçu finalda

Azərbaycanın 4 boksçusu Serbiyanın Novi Pazar şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatında finala vəsiqə qazanıb.

Allsport.az xəbər verir ki, Əminə Tağı (50 kq), Cəmilə Muradlı (52 kq), Fidan Bəkərova (63 kq) və Səma Abbasova (66 kq) iyulun 15-də həlledici görüşlərə çıxacaqlar.

Digər milli üzvlərindən Aylin Nəzərova (46 kq), Gülər Hüseynova (48 kq) və Zəhra Məmmədova (54 kq) yarımfinalda məğlub olduqları üçün birinciliyi bürünc medalla başa vurublar.

Avropa birinciliyi

1/2 final

Əminə Tağı (50 kq) Dominika Vnukovaya (Slovakiya) tam üstünlüklə qalib gəlib

Cəmilə Muradlı (52 kq) – Liana Jamharyan (Ermənistan) – 5:0 (29:28, 30:27, 29:28, 30:27, 30:27)

Fidan Bəkərova (63 kq) – Asya Turkoviç (Bosniya və Herseqovina) – 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27)

Səma Abbasova (66 kq) Mariya Dovqopola (Moldova) tam üstünlüklə qalib gəlib.

Oğlan boksçular arasında yarımfinal görüşləri bu gün keçiriləcək. Finala vəsiqə uğrunda 6 idmançımız mübarizə aparacaq.

Həmin kateqoriyadan