- Baxış sayı: 29
- 05 Dekabr 2025 10:45
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

İyulun 30-da Almaniyanın Frankfurt şəhərində gənc boksçular (U-19) arasında “Brandenburq kuboku” start götürəcək. Allsport.az xəbər verir ki, 4 gün davam edəcək beynəlxalq turnirə Azərbaycan yığması 4 idmançı ilə yollanıb.
Baş məşqçi Elbrus Rzayevlə məşqçi Yadigar Məmmədov Frankfurtda Bilalhəbaşi Nəzərov (50 kq), Zidan Hümbətov (55 kq), Sübhan Babayev (60 kq) və Məhəmməd Cəfərova (+90 kq) imkan verəcək.
Azərbaycan boks federasiyasının baş katibi Nağı Səfərov da komanda ilə birgə “Brandenburq kuboku”na yollanıb. Yarışda ölkəmizi hakim kimi Anar Nağdıyev təmsil edəcək.