4 qadın boksçumuz Avropa çempionatında bürünc medalı özünə təmin edib

Bolqarıstanın paytaxtı Sofiyada qadın boksçular arasında Avropa çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, bu gün rinqə çıxan 3 təmsilçimizdən ikisi yarımfinala yüksəlib.

1/4 finalda Anna Əlimərdanova (54 kq) isveçli Helena Envallını, Yelena Vstropova (69 kq) italiyalı Assunta Kanforanı məğlub edərək yarımfinala adlayıb. Məhsəti Həmzəyeva (57 kq) türkiyəli Burcu Satiya uduzub.

Buna qədər Leyla Cavadova (81 kq) və Aynur Rzayeva (+81 kq) 1/2 finala yüksəliblər. Noyabrın 22-də qitə çempionatında fasilədir. Sonra yarış yarımfinal döyüşləri ilə davam edəcək.

Həmin kateqoriyadan