- Baxış sayı: 34
- 05 Dekabr 2025 10:45
- Baxış sayı: 79
- Dekabr 05, 2025
- 0

Serbiyanın Novi Pazar şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyi davam edir. Allsport.az xəbər verir ki, yarış Azərbaycan yığması üçün uğurlu start götürüb.
İlk 2 gündə boksçulardan 7-si qələbə qazanıb. Onlardan ikisi 1/4 finala yüksəldiyi halda, beşi yarımfinala yüksəlib. Yarımfinala vəsiqə qazanan boksçularımız özləri üçün azı bürünc medalı da təmin ediblər.
Avropa birinciliyi
1/8 final
Əli Əliyev (48 kq) – Petar Trajçeski (Şimali Makedoniya) – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27)
Adil Zalov (70 kq) – Dord Andrijaseviç (Bosniya və Herseqovina) – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28)
1/4 final
Məhəmməd Rəsulov (50 kq) – Georgi Sokolovç (Moldova) – 5:0 (30:27, 30:27, 30:27, 29:28, 29:28)
Raul Heydərli (54 kq) – Mladen Stoyanoviç (Serbiya) – 4:1 (27:30, 29:28, 30:27, 29:28, 29:28)
Səfdər Məmmədzadə (+80 kq) – Aleksandr Oltean (Moldova) – boksçumuz ikinci raundda qalib gəlib
Cəmilə Muradlı (52 kq) – Nataşa Lukiç (Serbiya) – 4:1 (29:28, 29:28, 28:29, 30:27, 29:28)
Zəhra Məmmədova (54 kq) – Aysa Cepelyaç (Serbiya) – rəqib döyüşə gəlməyib
Avropa birinciliyinə iyulun 16-da yekun vurulacaq.