- Baxış sayı: 58
- 03 Dekabr 2025 19:23
- Baxış sayı: 77
- Dekabr 05, 2025
- 0

Bakıda keçirilən paracüdo üzrə “IBSA Judo Grand-Prix Baku 2021” beynəlxalq qran-pri turniri davam edir. Allsport.az xəbər verir ki, turnirin birinci günündə 10 cüdoçumuz mübarizəyə qoşulub.
Onlardan altısı – Vüqar Şirinli (60 kq), Namiq Abbaslı (66 kq), Ramil Qasımov (73 kq), Bəsti Səfərova (52 kq), Sevda Vəliyeva (57 kq), Şahanə Hacıyeva (48 kq) yarımfinala vəsiqə qazanıblar.
Kişilərin yarışında Azərbaycanı 7 çəki dərəcəsində 9 idmançı təmsil edir. Qadınların yarışında isə 6 çəki dərəcəsində 9 idmançımız mübarizə aparır. Qran-pridə ümumilikdə 38 ölkədən 200 idmançı medallar uğrunda yarışır.
“IBSA Judo Grand-Prix Baku 2021” qran-prisi turniri Tokio yay paralimpiya oyunlarına reytinq xalları qazandırır.