- Baxış sayı: 57
- 16 Aprel 2025 10:25
- Baxış sayı: 93
- Aprel 14, 2025
- 0
Kişi boksçularun Azərbaycan çempionatı başa çatıb. Allsport.az saytı xəbər verir ki, müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 39 komandanın 203 nəfər qüvvəsini sınayıb. 6 gün davam edən rəqabətdə 10 çəkidə mükafatçılar müəyyənləşib.
Boks Mərkəzində təşkil olunan çempionatda bu gün final görüşləri keçirilib. Həlledici mücadilədə Araz İmaməliyev (49 kq), Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Elvin İsayev (64 kq), Elnur Süleymanov (69 kq), Hidayət Musayev (75 kq), Eldar Quliyev (81 kq), Rahil Məmmədli (91 kq) və Məhəmməd Abdullayev (+91 kq) qalib adını qazanıblar.