9 ölkənin 200-dək boksçusu yarışacaq

Qadın və kişi boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turnirinin açılış mərasimi keçirilib. Allsport.az xəbər verir ki, tədbir iştirakçı komandaların paradı ilə başlayıb.  

Bakı boks nərkəzində təşkil olunan yarışın açılış mərasimində çıxış edən Azərbaycan boks federasiyasının (ABF) prezidentinin müşaviri Samir Hüseynov yarışın əhəmiyyətindən danışıb, beynəlxalq arenada nüfuzunun artdığını vurğulayıb. O bildirib ki, turnirə iştirakçı ölkələr güclü boksçularla qatılıblar və azarkeşlər gərgin döyüşlərin şahidi olacaqlar.

Gənclər və idman nazirliyinin sektor müdiri Aydın Məmmədov turnirin tarixinə toxunub, həmişə maraqlı keçdiyini deyib və iştirakçılara uğurlar arzulayıb.

Dövlət Himni səsləndirildikdən sonra yarış açıq elan olunub.

Turnirdə 9 ölkənin – Azərbaycan, Tacikistan, Özbəkistan, Kamboca, Monteneqro, Qırğızıstan, Gürcüstan, Rusiya və Qazaxıstan boksçuları mübarizə aparacaqlar. 200-dək idmançı 20 dəst medal uğrunda gücünü sınayacaq. Azərbaycan bu yarışda kişilər arasında 47, qadınlar arasında isə 11 boksçu ilə təmsil olunur. Yarışın qaliblərinin adına aprelin 15-də aydınlıq gələcək.

Həmin kateqoriyadan

azenrutr