- Baxış sayı: 31
- 24 Noyabr 2024 13:26
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
9 noyabr – Bayraq günü münasibəti ilə “İradənlə qalib gəl!” şüarı altında keçirilən tədbirlər çərçivəsində 8 noyabr 2019-cu il tarixdə gənclər və idman nazirliyi tərəfindən Azərbayacan tələbə gənclər təşkilatları ittifaqı ilə birgə “Park bulvar Baku”nun tərəfdaşlığı ilə “Bayraqdar” intellektual oyunu baş tutub.
Allsport.az xəbər verir ki, oyun bilik, komandada işləmək, tez qərar vermək bacarıqlarını nümayiş etdirməklə yanaşı, Azərbaycanın tarixini, mədəniyyətini, coğrafiyasını, eyni zamanda, tanınmış şəxslərini bilməyi tələb edirdi.
Oyun ali və orta ixtisas təhsili müəssisələrinin tələbə-gənclər təşkilatları arasında keçirilib. Qonaqlara Azərbaycan bayraqları hədiyyə edilmiş, yeniyetmə və gənclərin üzlərinə rəngli boya ilə gənc rəssamlar tərəfindən bayrağımızın rəngləri çəkilmişdir.