“Zirə” 2 futbolçu ilə anlaşıb

Allsport.az saytı xəbər verir ki, 26 yaşlı Ayxan Hüseynov və 29 yaşlı Da Silva Tavareş Vyera 2 illik müqavilə imzalanıb.

Adı ilk çəkilən yarımmüdafiəçi əvvəllər Rusiyanın “Leninqradeç”, “Nijni Novqorod”, “Ural”, “Olimp-Dolqoprudnu”, “Ximki” və ölkəmizdə “Turan Tovuz” klublarında çıxış edib.

Portuqaliyalı legionçu ölkəsində “Feyrense”, “Sanxoanense”, “Salqeyruş”, “Qondomar”, “Akademiko Viseu”, “Espinyo”, “San Jo de Ver”, “Beyra Mar” və Kiprin “Olimpiakos”(Nikosiya) komandalarında oynayıb.

Həmin kateqoriyadan