- Baxış sayı: 31
- 23 Sentyabr 2026 17:23
- Baxış sayı: 278
- Sentyabr 17, 2026
- 0

Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatının final mərhələsinin 2-ci oyununda 2 dəfə fərqlənib. Allsport.az saytı xəbər verir ki, o, bununla 18-ci topunu vuraraq, bir neçə gün öncə qoyduğu qol rekordunu qırıb.
Sabah, 24 iyunda 39 yaşı tamam olacaq ulduz futbolçu, indi almaniyalı Miroslav Klozeni 2 top fərqi ilə qabaqlayır.
Lionelin dublu Argentina seçməsinin Avstriyanı 2-0 hesabı ilə məğlub etməsinə və Dünya Kubokunun pley-off mərhələsinə yüksəlməsinə kömək edib. İlk oyunda o, Əlcazairə 3 qol vurmuşdu.