Şahmatçımız 16-cı dünya çempionu üzərində möhtəşəm qələbə qazanıb

Azərbaycanlı qrossmeyster Aydın Süleymanlı şahmat üzrə 16-cı dünya çempionu Maqnus Karlsen üzərində möhtəşəm qələbə qazanıb.

Allsport.az saytı xəbər verir ki, bu, Honkonqda rapid və blits üzrə komandalararası dünya çempionatında baş verib. Ümumilikdə, “Odlar Yurdu” komandası “VR Chess” üzərində qələbə qazanıb – 3,5:2,5.

Həmyerlimizin uğuru şahmat mətbuatının diqqətini cəlb edib. “VR Chess”in heyətində Maqnus Karlsen, Fabiano Karuana, Uesli So, Maksim Vaşye-Laqrav və bir sıra digər tanınmış qrossmeysterlər mübarizə aparır.

Hazırda daha çox gənc şahmatçılardan toplanan “Odlar Yurdu”nun 15 xalı var və 8-ci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan