- Baxış sayı: 35
- 22 İyun 2026 14:00
- Baxış sayı: 78
- İyun 22, 2026
- 0

Kanadanın Vankuver şəhərində Yeni Zelandiya və Misir arasında Dünya Kubokunun “G” qrupunun 2-ci oyun ərəblərin 3:1 qələbəsi ilə başa çatıb.
Allsport.az saytı xəbər verir ki, ilk hissədə Afrika təmsilçisi hesabda geridə olub. Amma sonradan Məhəmməd Salah öndərliyi üzərinə götürərək qələbə qolunu vurub və eyni zamanda məhsuldar ötürmə edib. Mustafa Ziko və Trezeqe də hərəyə 1 dəfə fərqləniblər.
Beləliklə, Misir dünya çempionatları tarixində ilk qələbəsini qazanıb. Onlar əvvəlki 8 matçda qalib gələ bilməmişdilər: 1934 (x1), 1990 (x3), 2018 (x3) və 2026 (x1).