UFC döyüş gecəsi ərəfəsində açıq məşq və azarkeş ərazisi

İyunun 27-də Milli gimnastika arenasında UFC döyüş gecəsi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarış ərəfəsində azarkeşlər üçün açıq məşq və fan-zona təşkil olunacaq. Tədbir ayın 24-də Dənizkənarı milli parkda, “Yeddi gözəl” fəvvarəsinin yaxınlığında baş tutacaq. Saat 17:00-da başlayacaq açıq məşq 19:30-dək davam edəcək.

Tədbirdə UFC turnirinin əsas döyüşünün iştirakçıları Rafael FiziyevManuel Torres, gecənin ikinci əsas qarşılaşmasının iştirakçısı Şərabuddin Məhəmmədov, eləcə də Azərbaycan təmsilçiləri Nazim SadıxovFərman Həsənov azarkeşlərlə görüşəcəklər.

Proqram çərçivəsində döyüşçülər nümayiş məşqləri keçirəcək, həmçinin azarkeşlərin suallarını cavablandıracaqlar. UFC döyüş həftəsinin ən maraqlı tədbirlərindən biri hesab olunan açıq məşq tamaşaçılara idmançıları yaxından izləmək və onlarla ünsiyyət qurmaq imkanı yaradacaq.

Tədbir ərazisində xüsusi fan-zona da fəaliyyət göstərəcək. Azarkeşlər burada interaktiv oyunlarda iştirak edə, fotozonalarda şəkillər çəkdirə və UFC-nin rəsmi məhsulları ilə tanış ola biləcəklər.

Həmin kateqoriyadan