- Baxış sayı: 32
- 23 Sentyabr 2026 17:23
- Baxış sayı: 278
- Sentyabr 17, 2026
- 0

Allsport.az saytı xəbər verir ki, Belçika millisinin hücumçusu Romelu Lukaku dünya çempionatının 2-ci oyununda İranla 0:0 hesablı heç-heçə barədə danışıb:
“Bəli, bu, böyük bir məyusluqdur. Nəyin səhv getdiyini təhlil etməliyik, çünki çoxlu şanslarımız var idi, amma qol vura bilmədik.
Düşünürəm ki, bəzi vacib anlarda həddindən artıq emosional oynadıq. Bu kimi vəziyyətlərdə daha sakit olmaq lazımdır. Əgər planınız varsa, həmin plana etibar etməli və emosiyalarınızı kənara qoymalısınız.
Beyranvənd matçın oyunçusu seçildimi? Bəli, onların qapıçısı bütün zərbələri dəf etdi, ona görə də buna layiq idi”.
Əlirza Beyranvənd Təbrizin “Traktor” klubunun qapıçısıdır.