- Baxış sayı: 11
- 23 İyun 2026 15:47
- Baxış sayı: 194
- İyun 23, 2026
- 0

Argentina millisinin kapitanı Lionel Messi Dünya Kubokunda daha bir uğura nail olub. Allsport.az saytı xəbər verir ki, 38 yaşlı argentinalı 2-ci turda Avstriyaya qarşı 2-0 hesablı qələbə qazandıqları oyunda hər 2 topu vurub. Bu, Messinin Argentina üçün vurduğu son 6 qoldur.
Bu sıralamaya Qətər-2022-də finalda Fransaya qarşı 1 top, 2026-cı il dünya çempionatının əvvəlində Əlcəzairə qarşı het-trik və Avstriyaya qarşı dubl daxildir.
Əvvəllər yalnız Eysebio (Portuqaliya, 1966), Paolo Rossi (İtaliya, 1982), Oleq Salenko (Rusiya, 1994) və Enner Valensiya (Ekvador, 2014-22) Dünya Kuboklarında milli komandaları üçün ardıcıl 6 qol vurublar.