“Leonun etdiklərinə belə baxmıram; yalnız komandamı düşünürəm”

Fransalı hücumçu Kilian Mbappe, Argentina millisinin kapitanı Lionel Messinin rekordu barədə düşünmədiyini, yalnız komandasının Dünya Kubokunda çıxışına diqqət yetirdiyini bildirib. Allsport.az saytı xəbər verir ki, 35 yaşlı futbolçu mundial tarixində ən çox qol vuran oyunçu olub (18 qol). Mbappenin hesabında 16 qol var:

“Mən artıq demişəm: Leo həmişə qol vurur, həmişə qol vurub və vurmağa davam edəcək. Leonun etdiklərini izləsəm, daha çox şey etməliyəm. Onun etdiklərinə belə baxmıram; yalnız komandama kömək etməyi düşünürəm.

Əlbəttə ki, komandaya kömək etməklə qol vururam və qol vurmaqla həmin səviyyəyə yaxınlaşıram. Amma qarşımızda uzun və çətin bir yol var və qalib gəlmək üçün əlimizdən gələni etməyə çalışacağıq”.

2-ci tura Leonel Avstriyaya, Kilian İraqa 2 top vurublar.

Həmin kateqoriyadan