- Baxış sayı: 34
- 22 Sentyabr 2026 19:37
- Baxış sayı: 237
- Sentyabr 17, 2026
- 0

Qadın futbol millisinin üzvləri gənclər və idman naziri Fərid Qayıbov ilə görüşüblər. Allsport.az saytı xəbər verir ki, toplantıda komandanın DÇ-2027-nin seçmə mərhələsindəki çıxışı və gələcək hədəfləri müzakirə olunub. Nazir, millinin əzmkar mübarizəsini yüksək qiymətləndirərək futbolçuları təbrik edib və Millətlər liqasının növbəti mövsümündə uğurlar arzulayıb.
AFFA-nın Qadın futbolu departamentinin rəhbəri Zümrüd Ağayeva ölkədə qadın futbolunun inkişafı ilə bağlı məlumat verib, baş məşqçi Siyasət Əsgərov isə komandanın fəaliyyəti və qarşıdakı planlardan danışıb. Görüşün sonunda kapitan Sevinc Cəfərzadə millinin köynəyini nazirə təqdim edib.