- Baxış sayı: 62
- 13 Noyabr 2026 13:26
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda boks üzrə olimpiya ümidləri turnirində gənclərdə Əli Əliyev (50 kq), Nihat Qasımov (55 kq), Əli Baxışov (60 kq) və Səftər Məmmədzadə (+90 kq) qızıl, Gülər Hüseynova (54 kq) gümüş, Şahin Aslanov (65 kq) və Rza Rzayev (70 kq) bürünc medal qazanıblar.
Allsport.az saytı xəbər verir ki, yeniyetmələrdə Aysel Fərəcova (48 kq), Səma Abbasova (66 kq) və Xumar Cəfərli (80 kq) bütün rəqiblərini üstələyiblər. Aydan İsmayıllı (48 kq) və Fatimə Məmmədli (50 kq) gümüş medalla kifayətlənib.