- Baxış sayı: 40
- 23 İyun 2026 17:53
- Baxış sayı: 40
- İyun 23, 2026
- 0

Elm və təhsil, gənclər və idman nazirliklərinin birgə təşkilatçılığı, Bakı şəhər halqası əməliyyat şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə ölkədə ilk dəfə keçirilən məktəblilərin respublika idman olimpiadası davam edir.
Allsport.az saytı xəbər verir ki, ATU-nun idman zalında yarışın 3-cü günündə yunan-Roma güləşi üzrə mübarizəyə start verilib. 38, 44, 52, 62 və 75 kq-da 100-dən artıq yeniyetmə pəhləvanın mübarizəsində finalçılar müəyyənləşib.
38 kq
Aqil Abbasov (Masallı) – Əbəlfəz Mehtiyev (Masallı)
44 kq
Fərid Ağayev (ROİL) – Cahir Əhmədov (Gədəbəy)
52 kq
Həsən Bayramlı (ROİL) – Zeyd Süleymanlı (UGİM-2)
62 kq
İsmayıl Mamedov (Balakən) – Ağakərim Cəfərli (Lənkəran)
75 kq
Anar Hüseynli (UGİM-2) – Məhəmmədəli Əliyev (Zəngilan)
Axşam görüşlərində sərbəst güləşşilər arasında son qalibləri müəyyənləşib:
41 kq
48 kq
57 kq
68 kq
85 kq
Sərbəst güləş üzrə 3 günlük yarışın yekunlarına əsasən, Gəncə-Təhsil-1 komandası 145 xalla birinci yeri tutub. Qobustan (76) ikinci, Qax-ROİL (73) kollektivi isə üçüncü pillədə qərarlaşıb.