ÖZƏL
AAAF bu gözəl ağırlıqqaldıranımızdan niyə imtina etdi

Kristina Yovu: Federasiya şərtlərə əməl etmədiyindən, Azərbaycanı tərk etdim

Qarşısına yüksək məqsəd qoyan Ağırlıqqaldırma federasiyası 3-4 il öncə milli komandaya xeyli legionçu cəlb etdi. İnsafən, gələn idmançıların əksəriyyəti ümidləri doğrutdu. Mötəbər arenalarda qazanılan medalların sayı birə-beş artdı. İlk dəfə olimpiya oyunlarında mükafata layiq yer tutuldu. Qələbələrdə pay sahibi olanlardan biri də moldovalı Kristina Yovu (53 kq) idi. Onun keçidi Azərbaycana ucuz başa gəlməmişdi.

Xanım atlet elə gəldiyi mövsümdə, 2013-ci ildə Polşanın Vrotslav şəhərində keçirilən Avropa çempionatı, sonra Tatarıstan paytaxtı Qazanda təşkil olunan Tələbələrin Universiadasında özünü yaxşı tərəfdən göstərdi. Təəssüf ki, uğur seriyası uzanmamış, tez də qırıldı. Gələn dopinq bəlası komandamızıın tifağını dağıtdı – 18 ağırlıqqaldıranımız disfilikasiya olundu! Cəza müddəti başa çatdıqdan sonra heyət sıraya döndü və yeni qələbələr qazanılmağa başladı. Maraqlıdır ki, qalib heyətdə Kristinan Yovunu görmədim. Belədə, onun özü ilə əlaqə yaradıb, məsələnin təfərruatını öyrəndim. Allsport.az saytına müsahibəsində, o, vəziyyətə belə aydınlıq gətirib:

– Azərbaycan Ağır Atletika Federasiyası anlaşmada olan bütün şərtləri yerinə yetirmədi. Buna görə, ölkənizə gəlməməyə qərar verdim.

– Amma sizinlə müqavilə olmalıydı. Yəni, belə asanlıqla komandanı tərk etmək mümkün idi?
– Mənimlə heç bir rəsmi kontrakt yoxdur. Heç vaxt olmayıb da! Rəsmi anlaşma olsaydı, onlar bütün öhdəlikləri yerinə yetirməliydilər və mən də öz növbəmdə, komandadan getməzdim.

– Maraqlıdır, sizə nə vəd olunmuşdu – mənzil, avtomobil?
– Xeyr. Ümümiyyətlə, mənzildən söhbət getmir.

– Bəs ondan nə?
– Maaş!

– Aydındır. Sirr deyilsə, sizə ayda nə qədər məvacib ödnilirdi?
– Burda gizli bir şey yoxdur. Lakin rəqəmləri açıqlamaq istəmirəm. Düzünü söyləsəm, məbləğ elə də yüksək deyildi.

– Çox güman, dopinq qalmaqalı o zaman AAAF rəhbərliyini aqresivləşdirmişdi.
– Ola bilər. Amma burada bizim günahımız yox idi ki, bizə qəzəblənsinlər.

– İndi nə işlə məşğulsunuz?
– Məşqlərimi davam etdirirəm. Həyat davam edir. Hər şey hələ qabaqdadır.

Həmin kateqoriyadan