- Baxış sayı: 31
- 24 Noyabr 2024 13:26
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Dövlət bədən tərbiyəsi və idman akademiyasında əsaslı təmirdən sonra basketbol, voleybol, həndbol, ağırlıq qaldırma və boks idman zallarına baxış keçirilib. Allsport.az saytı xəbər verir ki, bu, AZBTİA-da yenidənqurma və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan müvafiq işlərin davamıdır.
Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibin müavini Azər Əliyev, basketbol federasiyasının prezidenti Nadir Nəsibov, ABŞ səfirliyinin və idman ictimaiyyətinin nümayəndələri, xarici ekspertlər ediblər.
Toplantıda aparılan yenidənqurma və təmir işləri, elm-tədris bazasının gücləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib. İştirakçılar təmirdən sonra istifadəyə verilən basketbol, voleybol, həndbol, ağırlıqqaldırma və boks idman zallarında yaradılan şəraitlə tanış olublar. Basketbol və voleybol zallarında qonaqlar milli komandaların üzvlərinin, həndbol, ağırlıqqaldırma və boks zallarında isə İdman Akademiyasının tələbələrinin nümunəvi çıxışlarını izləyiblər.
İştirakçılar, həmçinin ADBTİA-da tədrisi ingilis dilində aparılan idman jurnalistikası və idman tibbi və reabilitasiya magistr ixtisaslarının tədrisi üçün tikilən multimedia mərkəzi və elmi-tədris laboratoriyası ilə də tanış olub, dərs prosesini izləyiblər.
Tədbir ADBTİA-nın basketbol zalında rəsmi hissə ilə başa çatıb. Rəsmi hissədə akademiyanın rektoru Fuad Hacıyev qonaqları salamlayıb, daimi dəstəyə görə gənclər və idman nazirliyinə və idmansevərlərə minnətdarlığını bildirib.
Azərtac.az-ın məlumatına görə, sonra gənclər və idman naziri Azad Rəhimov, milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndəsi Heidi Smis, Karnegi Universitetinin nümayəndəsi Matt Nyubi və basketbol üzrə milli komandanın üzvü Amil Həmzəyev çıxışlarında akademiyada aparılan yenidənqurma və təmir işləri, elm–tədris bazasının təkmilləşdirilməsi ilə bağlı görülən işləri yüksək qiymətləndiriblər.
Çıxışlarda qeyd olunub ki, yeni qurulan idman zalları müasir tələblərə tam cavab verir. Burada tələbələrin idmanın müxtəlif növləri üzrə hazırlıqlarını davam etdirmələri üçün hər cür şərait var. Yaradılan şərait Akademiyada təhsilin keyfiyyətinə müsbət təsir göstərəcək.