- Baxış sayı: 36
- 24 Noyabr 2024 13:26
- Baxış sayı: 32
- Noyabr 25, 2024
- 0
Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasının “idman menecmenti və kommunikasiya” ixtisası üzrə təhsil alan bakalavr tələbələrinə “idmanda dopinq nəzarəti” seçmə fənni tədris ediləcək.
Allsport.az xəbər verir ki, bu məqsədlə akademiyanın tibbi-bioloji elmlər kafedrasının müəllimləri üçün Azərbaycan milli antidopinq agentliyinin mütəxəssisləri tərəfindən “antidopinq tədris proqramı” həyata keçirilir. Proqramı uğurla tamamlayan müəllimlər akademiyada “idmanda dopinq nəzarəti” fənnini tədris edəcəklər. bundan əlavə onlar antidopinq maarifləndirməsi ilə bağlı lazımi tədris materialları ilə təmin ediləcəklər.
AMADA bu sahədə ADBTİA ilə 2019-cu ildən əməkdaşlıq edir və magistr pilləsində təhsil alan tələbələr üçün AMADA-nın mütəxəssisləri tərəfindən antidopinq tədris proqramı keçirilib.