- Baxış sayı: 44
- 20 Noyabr 2024 23:12
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
“Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasının yenidən təşkili və nizamnaməsinin təsdiq edilməsi haqqında” qərar verilib. Allsport.az saytı xəbər verir ki, sənədi baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyası gənclər və idman nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan idman akademiyasına çevrilmə yolu ilə yenidən təşkil ediləcək.
Gənclər və idman nazirliyi bu qərar qüvvəyə mindiyi tarixdən 3 gün müddətində Azərbaycan idman akademiyasının dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin görülməsini təmin etməlidir.