- Baxış sayı: 41
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Topaz Premyer Liqasının 14-cü turunda “Araz Naxçıvan”la qarşılaşmalı olan “Xəzər Lənkəran” Muxtar Respublika təmsilçisinin çempionatdan çəkilməsi səbəbindən bu həftə məcburi istirahət edəcək. Allsport.az xəbər verir ki, Lənkərandakı bazasının hər iki meydançasının təmirə dayanması səbəbindən komanda paytaxtda hazırlığını bərpa edib.
Artıq üç gündür ki, “Bayıl Arena”da məşqlərə başlayan “ağ-yaşıllar” gündə bir dəfə olmaqla taktiki və fiziki planda çalışmalarını davam etdirir. Zədəli futbolçulardan Adrian Skarlatake artıq fərdi məşqlərə başlasa da, Rauf Əliyev hazırlıqdan kənar qalaraq müalicə alır.