- Baxış sayı: 55
- 22 Mart 2026 10:25
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Bu gün Fransanın paytaxtı Parisdə UEFA-nın 48-ci növbəti konqresi keçiriləcək.
Allsport.az xəbər verir ki, tədbir “Maison de la Mutualite” konfrans mərkəzində təşkil olunacaq. Konqresdə AFFA da təmsil olunacaq. Tədbirdə qurumun vitse-prezidentləri Elşad Nəsirov, Vaqif Sadıqov və baş katib Sərxan Hacıyev iştirak edəcək.