Ağacan Abiyevin şərəfinə boks turniri sona yetdi

Bakı şəhər gənclər və idman idarəsinin və Azərbaycan boks federasiyasının birgə təşkilatçılığı ilə “Əməkdar bədən tərbiyəsi və iİdman xadimi”, “Əməkdar elm xadimi”, “Şöhrət”, “Şərəf” və 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenli, professor Ağacan Abiyevin şərəfinə boks üzrə turnirin final mərhələsi ilə başa çatdı.

Allsport.az saytı xəbər verir ki, 17 çəkidə həlledici görüşlər baş tutub və idmançılar yüksək səviyyəli mübarizə nümayiş etdirdilər. İlkin mükafatlandırma mərasimində qalib və mükafatçılara diplom, medal və hədiyyələr təqdim olundu. Eyni zamanda, yarışın keçirilməsində əməyi olan hakim heyətinə sertifikat və hədiyyələr verildi.

Yarışın yekununda ümumi nəticələrə əsasən ən çox 1-ci yer tutan komandalar kubokla mükafatlandırıldı. Bu tədbiir Azərbaycan boksunun inkişafına, gənc idmançıların idman təcrübəsinin artırılmasına və sağlam rəqabət mühitinin formalaşmasına xidmət edib.

Həmin kateqoriyadan