- Baxış sayı: 20
- 23 Mart 2026 12:49
- Baxış sayı: 182
- Mart 26, 2026
- 0
İlk dünya çempionumuz Ağası Məmmədov məşqçilik karyerasında ilk böyük uğura yetişib. Allsport.az saytı xəbər verir ki, ötən ilin noyabrında İtaliyanın Kataniya şəhərində keçirilmiş 3 ulduz dərəcəsi üzrə imtahanı qənaətbəxş verən gənc mütəxəssis, bu günlərdə AİBA-dan təsdiq məktubu alıb.
Bu barədə bizə «Neftçi»İSM-in məşqçisi özü məlumat verib. Sitat: «Boks Federasiyasının dəstiyi ilə keçən ilin sonunda İtaliyada təşkil olunan məşqçilik imtahanında iştirak etdim. Nəticə uğurlu oldu. Artıq AİBA-dan mənə sertifikat göndərilib. 3 ulduz boksda ən yüksək məşqçi dərəcəsidir. Bunula ölkə xaricində də işləmək olar».