- Baxış sayı: 20
- 23 Mart 2026 12:49
- Baxış sayı: 226
- Mart 26, 2026
- 0

Türkiyənin Ərzurum şəhərində məktəbli oğlan və qız boksçuların Avropa birinciliyinə yekun vurulub.
Allsport.az saytı xəbər verir ki, yeniyetmələrdən ibarət millinin baş məşqçisi Vaqif Kazımov, məşqçilər Ağası Məmmədov və Teymur Məmmədovun rəhbərliyi ilə bizdən Sübhan Babayev (44 kq) qızıl, Əli Məmişov (70 kq) gümüş, Bağır Əlimxanlı (46 kq), Kənan Aslanlı (60 kq) və Banuçiçək Nəsirli (44 kq) bürünc medala sahib olublar.
Ötən həftə Serbiyanın Vrbas şəhərində yeniyetmə boksçuların “Millətlər kuboku”nda millimiz 3 qızıl və 2 gümüş medal qazanmışdı.