- Baxış sayı: 36
- 24 Noyabr 2024 13:26
- Baxış sayı: 71
- Noyabr 25, 2024
- 0
Azərbaycan idman jurnalistləri assosiasiyasının növbəti illik ümumi yığıncağı videokonfrans formatında keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda AİJA-nın səlahiyyətli üzvlərindən 16 nəfər iştirak edirdi. Tədbirdə bir sıra məsələlər gündəliyə çıxarılmışdı.
Yeni redaksiyada təşkilatın nizamnaməsinin mətni səsə qoyularaq təsdiq edilib. Sonra qurumun cari ildəki fəaliyyəti müzakirə olundu.
Yekunda icraiyyə komitəsində 2020-2024-cü illər dövrü üçün boş olan 2 vakansiya üzrə seçki olub. AİJA və AİPS üzvü Natiq Nəsirov və Anar İsgəndərov (Şabanoğlu) vitse-prezident vəzifələrinə təsdiq ediliblər.