AİJF beynəlxalq idman ictimaiyyətinə və media qurumlarına müraciət ünvanlayıb

Azərbaycan idman jurnalistləri federasiyası Kəlbəcər rayonunda azərbaycanlı jurnalistlərin Ermənistan tərəfindən basdırılmış minaya düşərək həlak olmaları ilə bağlı beynəlxalq idman ictimaiyyətinə və media qurumlarına müraciət ünvanlayıb.

Allsport.az saytı xəbər verir ki, müraciətdə Ermənistan tərəfinin növbəti dəfə insan hüquqularını pozması, jurnalistləri qətlə yetirməsi pislənib, bütün beynəlxalq idman ictimaiyyətindən və media qurumlarından bu qanlı hadisəyə biganə qalmamaq xahiş olunub.

Sənəd BOK, AİPS, AİPS Avropa, beynəlxalq jurnalistlər federasiyası, FİFA, UEFA, FİDE, FİBA, İJF və digər federasiyalar da daxil olmaqla, 20 beynəlxalq quruma göndərilib.

Həmin kateqoriyadan