- Baxış sayı: 31
- 24 Noyabr 2024 13:26
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
Gənclər və idman nazirliyində İdman jurnalistləri federasiyasının idarə heyətinin tam tərkibdə ilk iclası keçirilib.
Allsport.az saytı xəbər verir ki, toplantıda 2020-ci il üçün fəaliyyət planının müzakirəsi, tədbirlər planının hazırlanması və təsdiqi, üzvlüyə qəbul meyarlarının müəyyənləşdirilməsi, vitse-prezidentlərin və komissiya sədrlərinin seçkisi, baş katib vəzifəsinə namizədlərin irəli sürülməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib.
Müzakirələr nəticəsində müvafiq qərarlar qəbul olunub. Firuz Abdulla və Mahir Rüstəmli vitse-prezident vəzifəsinə seçiliblər. Baş katib vəzifəsinə namizədlərin müzakirəsi növbəti iclasa təxirə salınıb.