- Baxış sayı: 74
- 10 Aprel 2025 22:45
- Baxış sayı: 84
- Aprel 13, 2025
- 0
Ötən həftə Azərbaycan idman jurnalistləri federasiyası idarə heyətinin iclası olub. Allsport.az saytı xəbər verir ki, toplantıda AİJF prezidenti Qabil Mehdiyevin, vitse-prezident Mahir Rüstəmlinin, idarə heyətinin üzvləri Camaləddin Rəhmanov, Fərid Mansurov və Ellada Mustafayevanın istefaları səsvermə ilə qəbul edilib.
Bundan başqa, 2 iyulda AİJF rəhbərliyinə və idarə heyətində boş qalan yerlərə seçkilər məqsədi ilə növbədənkənar seçki konfransının keçirilməsi barədə qərar qəbul edilib. Artıq boş qalan yerlərə namizədlər müəyyənləşib və beynəlxalq idman mətbuatı günündə təyinatlar rəsmiləşəcək.