- Baxış sayı: 36
- 24 Noyabr 2024 13:26
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
Azərbaycan idman jurnalistləri federasiyasının idarə heyətinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, gündəlikdə 3 məsələ müzakirə edilib. Öncə AİJF-nin fəaliyyətə başlamasından ötən 100 günə nəzər salınıb. Federasiya prezidenti Qabil Mehdiyev ötən günlərdə görülmüş işlər barədə hesabat xarakterli məlumat verib. O, aşağıdakı işləri sadalayıb:
09.01.2020 – AİJF idarə heyətinin ilk iclası;
10.01.2020 – AİJF-nin və rəsmi saytının təqdimatı;
20.02.2020 – İdman jurnalistlərinin ilk respublika toplantısı;
03.03.2020 – Kiberidman federasiyası ilə birlikdə idman jurnalistləri arasında PES2020 üzrə Azərbaycan çempionatı;
06.03.2020 – 8 Mart – beynəlxalq qadınlar günü münasibətilə xanım idman jurnalistləri ilə görüş;
19.03.2020 – AİJF-nin koronavirusla bağlı ilk təbliğat videoçarxının təqdimatı;
22.03.2020 – AGİN və AİJF-nin koronavirusla bağlı birgə hazırladığı videoçarxın təqdimatı;
08.04.2020 – İdman mediasının vergi və DSMF ödənişlərindən azad edilməsi üçün AİJF-nin hökumətə rəsmi müraciəti;
15.04.2020 – Qanvermə aksiyasında AİJF üzvlərinin iştirakı.
Həmçinin qeyd edilib ki, federasiya rəhbərliyi bu müddət ərzində gördüyü işlərlə bağlı mətbuatda mütəmadi olaraq, məlumat xarakterli çıxışlar edib. Eyni zamanda, indiyədək 102 nəfər idman jurnalisti federasiyaya üzvlük üçün müraciət edib və onlardan 75-nə müsbət cavab verilib. İdarə heyəti üzvləri görülən işləri qənaətbəxş hesab edib və federasiyanın qısa müddət ərzində göstərdiyi fəaliyyəti yüksək qiymətləndiriblər.
Gündəliyə əsasən, növbəti məsələyə – “Neftçi” və “Keşlə” klublarının AİJF-yə müraciətlərinə baxılıb, etika komissiyasının qeyd edilən məsələlərlə bağlı hesabatı dinlənilib. Daxil olan müraciətlərdə qeyd edilib ki, “Sportinfo.az” saytı “Neftçi” rəhbərliyi haqqında dəfələrlə etik qaydalara sığmayan, şər-böhtan xarakterli, “Keşlə”nin maliyyə faəliyyəti haqqında isə həqiqətə uyğun olmayan məlumatlar yayır. AİJF tərəflərlə əlaqə saxlayaraq, onların kompromisə gəlmələrinə çalışsa da, sayt rəhbərliyinin məsələyə soyuq yanaşması səbəbindən nəticə əldə olunmayıb. Sonra məsələ idarə heyəti üzvlərinin müzakirəsinə təqdim edilib və yekunda bununla bağlı federasiyanın bəyanat verməsi qərara alınıb.
İclasın gündəliyinə əsasən, milli antidopinq agentliyi ilə birgə, jurnalistlər arasında vebinarın təşkili məsələsinə də baxılıb. Tədbirlərin təşkili komissiyasının sədri vebinarın əhəmiyyəti, keçirilmə qaydaları və bu işdə AİJF-nin üzərinə düşən məsələlər barədə məlumat verib. Müzakirələrdən sonra, AMADA ilə birgə tədbirin keçirilməsinə dair qərar qəbul edilib.