- Baxış sayı: 36
- 24 Noyabr 2024 13:26
- Baxış sayı: 65
- Noyabr 25, 2024
- 0
Bu gün Azərbaycan idman jurnalistləri federasiyasının prezidenti Qabil Mehdiyev kütləvi informasiya vasitələrinə dövlət dəstəyi fondunun icraçı direktoru Əhməd İsmayılovla bir araya gəlib. Allsport.az saytı xəbər verir ki, görüşdə ölkəmizdə idman mediasının hazırkı durumu müzakirə edilib.
Qabil Mehdiyev KİVDF rəhbərinə bu sahədə olan problemlər barədə məlumat verib və bildirib ki, ölkəmizdə KİV-in ən böyük qollarından sayılan idman mediasının dövlət dəstəyinə ehtiyac var.
Görüş zamanı idman mediasının problemlərinin çıxış yolları, gələcəkdə 2 qurum arasında əməkdaşlıq, idman mediasının problemlərinin həlli yolları, eləcə də idman mediasını narahat edən məsələlərlə bağlı müzakirələr aparılıb.