- Baxış sayı: 26
- 05 Dekabr 2025 23:19
- Baxış sayı: 48
- Dekabr 05, 2025
- 0

«Dəbilqəsiz döyüşmək rahatdır. Belədə, rinqdə rahat və cəld hərəkət edirsən. Əgər baş geyimsiz zədələnirəmsə, günah məndədir – hazırlığım yetərincə deyil; texnikam güclü zərbələrdən qaçmağa imkan vermir».
Bunu allsport.az saytına müsahibəsində, idmançılarımız arasında Rio-2016-ya ilk vəsiqə qazanan Albert Səlimov (60 kq) dedi. Titullu boksçunun sözünə görə, əsas yaxşı mübarizə aparmaqdır. Onda, idmançıya dəbilqədə, ya dəbilqəsiz döyüşmək fərq etmir:
«Düzdür, son dünya çempionatında baş geyimim olsaydı, zədədən qaçıb qızıl medalı qazanacaqdım. Nə etmək olar? Qismət bele imiş. Amma boksçular artıq dəbilqəsiz çıxış etməyə öyrəşiblər. Ona görə, boksçular BOK-un Rio-2016-da baş geyimi ilə döyüşmək qərarına o qədər də sevinmirlər».