- Baxış sayı: 43
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Kişi voleybolçulardan ibarət millimiz Tiflisdə keçirilən Avropa çempionatının seçməsində çıxış edib. Allsport.az saytı xəbər verir ki, maliyyə çətinliyi üzündən son anda qonşu ölkəyə yollanan komandamız, təcrübəsizlik və sıxıntı üzündən mərhələ aşa bilməyib. Yığmamızın kapitanı Aleksey Çervyakov azerisport.az-aa müsahibəsində bütün məqama aydınlıq gətirib:
– Oyunlar haqda nə deyə bilərsən? Bir kapitan kimi komandanın çıxışından razı qaldın?
– Prinsipcə pis oynamadıq. Sadəcə, bizə təcrübə çatmadı. Əvvəlcə İsveçlə qarşılaşdıq və 2:3 hesabıyla uduzduq. Bəzi səhvlərə yol verdik. Bu da oyun praktikasının olmamasından qaynaqlanırdı. Çünki yarışlarda çox az-az iştirak edirik. İsveçrəyə 0:3 uduzsaq da, onlardan aşkar geri qaldığımızı düşünmürəm. Sonda Gürcüstana rahat qalib gəldik. Voleybolçular bütün tapşırıqları yerinə yetirdi və yarışı major-notda bitirdik. İsveç və İsveçrə praktiki olaraq eyni səviyyədə komandalar idi. Onlar bizi top qəbulumuzdakı səhvlərimizə görə üstələdilər.
– Maliyyə problemləri, vitamin çatışmazlığı və yaxşı toplanış keçməməyiniz təsirini göstərdi?
– Əlbəttə. Bu problemlərin hər biri daha yaxşı çıxış etməyə imkan vermədi.
– Qatarla gediyiniz üçün yorğunluq var idi?
– Bu, bizim üçün o qədər də problem olmadı. Bir gün əvvəl Tiflisə çatmışdıq. Ona görə bərpa olunmaq vaxtımız var idi. Yəni bunu bəhanə kimi göstərmək istəmirəm.
– Komanda qarşıya qoyulan hədəfə çata bilmədi. Bu üzdən maaşla bağlı problemlərin davam edəcəyini düşünmürsən?
– Yox, mən belə fikirləşmirəm. Biz Gürcüstanda əlimizdən gələni etdik. Yenə deyirəm, oyun praktikamız yox idi. Normal çempionata da sahib deyil ki, az-çox təcrübə qazanaq, bişək. Bu üzdən bizi qınamağa dəyməz.
– Bundan sonrakı plan necə olacaq?
– Hələ ki məndə heç bir məlumat yoxdur. Baş məşqçimiz Fərid Cəlalov federasiya rəhbərliyi ilə söhbət edəcək. Bəlkə 15 gün, ya bir ay məzuniyyət veriləcək.
– “Neftçi”nin heyətində ölkə çempionu oldun. Komandanın növbəti mövsüm “Çağırış” kubokunda iştirakı gözlənilirdi…
– Əvvəlcə belə niyyət var idi. Ancaq sonradan rəhbərlik nədənsə fikrindən daşındı.
– Ayın əvvəlində dənizdə qayıqla üzərkən bədbəxt hadisə baş verdi. Sən sağ qalsan da, dostun həyatını itirdi…
– Məni bağışlayın. Amma bu haqda danışmaq istəmirəm.