- Baxış sayı: 20
- 23 Mart 2026 12:49
- Baxış sayı: 166
- Mart 26, 2026
- 0

Azərbaycan boksçusu Alfonso Dominqes Tailandın paytaxtı Banqkokda keçirilən II dünya olimpiya təsnifat turnirində növbəti qələbəsini qazanıb.
Allsport.az xəbər verir ki, 92 kq çəkidə mübarizə aparan yığma üzvü üçüncü qarşılaşmasında Sanjit Sanjitlə (Hindistan) üz-üzə gəlib.
1/8 final çərçivəsində baş tutan döyüş çempionumuzun 5:0 (30:27, 29:28, 30:27, 30:27, 29:28) hesablı qələbəsi ilə yekunlaşıb.
Dominqes növbəti görüşündə Elkin Adilbek Uulu (Qırğızıstan) ilə gücünü yoxlayacaq. Boksçumuz qələbə qazanacağı halda, Paris-2024 yay olimpiya oyunlarına növbəti lisenziyamızı rəsmiləşdirəcək. Döyüş iyunun 2-də olacaq.