LAYİHƏ
Allsport.az-dan idmana bağlı deputatlığa namizədlərə dəstək!

Məlum olduğu kimi, fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. 102 yaşlı parlamentdə yer almaq istəyənlər arasında bu dəfə idmana bağlı KİV və xeyli sayda idman ictimaiyyətinin nümayəndələri var.

Ötən ilin sonu Allsport.az 5-illik yubileyini qeyd etdi. Bu münasibətlə saytımız sözü gedən sahə üzrə namizədlərin pulsuz təbliğatını aparacaq. Portal öz hesabına həmin insanları Feysbuk səhifəsinin reklam bölməsində də təşfiq edəcək.

İlk olaraq mediadan başlayacağıq. Bu rəqabətdə 4 həmkarımız mübarizə aparır. Sonra mərhələli şəkildə növbə idman adamlarına çatacaq. Bütün namizədlərə uğurlar arzulayırıq! Qoy layiq olan qazansın!

Həmin kateqoriyadan